top of page

Türkiyənin Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.


Ankara Hitit

İki qitədə: Avropa və Asiyada yerləşən Türkiyənin sahəsi 779 min km 2 -dir.

Ölkənin Avropa hissəsi Şərqi Frakiya və ya Rumeli adlanmaqla ümumi ərazinin 3%-ni (23,7 min km 2 ), Asiya hissəsi isə Anadolu adlanmaqla ümumi ərazinin 97%-ni əhatə edir.


Avropa və Asiya hissələrini bir-birindən Egey dənizi, Bosfor və Dardanel boğazları ayırır. Türkiyə ticarət və hərbi-strateji yollar (avtomobil və dəmir) kəsimində və 3 dəniz (şimalda Qara, qərbdə Egey, cənubda Aralıq dənizi) əhatəsində yerləşir, bu da onun coğrafi və geosiyasi mövqeyinin əlverişliyini müəyyən edir. Türkiyə dağlıq ölkədir. Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 m-dir.


Mərkəzi hissədə Anadolu yaylası, kənarlarında isə silsilələr yerləşir (şimalda Pont, cənubda Tavr). Anadolu yaylası 3 rayona bölünür: Qərbi, Daxili və Şərqi. Qərbi Anadolu – Egey və Mərmərə dənizlərinin sahillərini əhatə edir. Buradakı dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar şimal-qərbinin (Şərqi Frakiya) relyefi düzənlik olduğundan kənd təsərrüfatı baxımından əlverişlidir. Daxili Anadolu – Anadolu yaylasının çox yüksək hissəsidir. Hündürlüyü 850 m olan dağ tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir.


Şərqi Anadolu – İranla sərhəddə yerləşməklə ərazisində Türkiyənin ən yüksək nöqtəsi (5165 m) ucalan Ağrıdağdan ibarətdir. Pont dağları Qara dəniz sahillərinə paralel 100 km məsafədə uzanır. Pont dağları Sinopdan şərqdə 3000–3700 m-ə qədər ucalır (ən hündür nöqtə Trabzon yaxınlığında Qaçqar – 3937 m). Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə Türkiyə-İran sərhəddinədək Tavr dağları uzanır. O, Qərbi, Mərkəzi və Şərqi Tavrlara bölünür.


Təbii ehtiyatları

Türkiyə təbii ehtiyatlarla o qədər də zəngin deyildir. Əsasən xromit (Toros), həmçinin daş və qonur kömür, civə, sürmə, mis, molibden, manqan, volfram, dəmir filizinin ehtiyatı vardır. Bəzən neft-qaz ehtiyatının olduğu da göstərilir.


1,025 views
bottom of page