Əvvəlcə əmlak almaq istənən şəhərdə etibarlı bir əmlak şirkəti tapmaq lazımdır.Çünkü xaricdə əmlak alanda xeyli çox mövzularda (sənədləşdirmə,işığ,su abunəliyi,xaricdə yaşamaq icazəsi,əşyaları almaq,evi kirəyə vermək,evə uzun müddət getmədiyiniz vaxtlarda evin baxımı ,evin sığortasını elətdirmək) kimi bir çox mövzuda sizə köməyi lazım olacaq.Bu mövzularda ən yaxşı köməyi mənzili alacağıvız şəhərdəki etibarlı əmlak şirkətindən ala bilərsiz.
Yaşamaq məqsədi ilə mənzil alacağsızsa bunu təzə tikilən yaşayış kompleksindən almalısız.Yaşayış kompleksindən alınan evləri kirəyə vermək və satmaq hər zaman çox asand olub.Türkiyədə ən son texnologiya ilə inşa olunmuş binalar var.Bu binaların içində idman sahələri ,uşaq parkları,üzmə hovuzu,sauna,hamam kimi sosial imkanlar var.Bundan başqa müasir texnologiya ilə inşa edilmiş binalar zəlzələyə davamlıdır.Mülk alınacaq şirkətin seçimidə çox əhəmiyyətlidir. Hər ölkədə olduğu kimi Türkiyədədə hər şirkətdən mənzil almaq olmaz.Bu səbəblə mənzil alarkən şirkətin keçmiş referanslarını ,daha əvvəl tikib qurtardığı təslim elədiyi layihələri araşdırmaq lazımdı.