Taunhaus – öz formasına görə villa və çoxmənzilli kottec arasında bir məhfumu xatırladan binadır. Tikilinin əsasını uzununa inşa edilmiş ikimərtəbəli mənzillər təşkil edir. Layihələndirmə elə bir şəkildə həyata keçirilir ki, mənzillər ümumi yan divara sahib olur, lakin hər bir mənzilə ayrıca giriş mövcud olur. Bundan əlavə, belə mənzil sahiblərinin öz həyətyanı sahələri olur ki, burada onlar çiçəklər əkir, talvarlar və ya oyun meydançaları quraşdırırlar.
Taunhausun birinci mərtəbəsi dəhliz və qonaq otağı üçün ayrılır. Sonra isə əsl amerikasayağı ənənələrə əsasən, qonaq otağı ilə demək olar ki, ayrılmaz olan mətbəx gəlir. İkinci mərtəbədə ev sahibləri, uşaqlar və qonaqlar üçün ayrılan yataq otaqları yerləşir. Yaşayış məkanın müstəsna cəhəti – terrasdır, burada ev sahibləri yüngül dəniz brizi altında kölgədə dincəlməyi sevirlər. Orta hesabla, belə bir evin sahəsi 80 kvadtrat metrdən 200 kvadrat metrə qədər təşkil edə bilər.
Hazırda Türkiyədə taunhauslar ümumi infrastruktura malik özünəməxsus qəsəbələr kimi birləşir. Nəticədə ümumi hovuza, istirahət yerlərinə, yaşıllıqlara və mühafizəyə malik əsl mini-şəhərcik yaranır. Buna görə də, taunhaus sifariş verməzdən əvvəl, yaxınlıqda nə qədər qonşu yaşadığına baxmaq lazımdır. Nə qədər çoxdursa – komleksinizdə ən komfortlu məkanların çoxluğu ehtimalı da böyükdür: hovuzlar, spa-salonlar, uşaqlarınızı məşğul edəcək oyun meydançaları və daha nələr. Amma hələ ki, gələcəyin taunhauslara aid olduğunu demək olmaz. Hazırda bu komplekslər hələ təzə-təzə inkişaf edir və adi villaları daşınmaz əmlak bazarından sıxışdırıb çıxarmağa qadir deyil. Üstəlik, landşaft yerləşməsi ən uğurlu olan komplekslər adətən iri şəhər mərkəzindən xeyli kənarda yerləşir, bu da bəzi hallarda müəyyən narahatlıqlara səbəb ola bilər.
Ümumilikdə - taunhauslar ailəliklə xaricdə istirahət üçün çox gözəl variantdır. Bununla yanaşı, bu cür kompleksin mənzilləri icarəçilər arasında böyük tələbata malikdir, bu səbəbdən də yaşayış yerinə qulluq edən adam həmişə olacaq.