Türkiyə musiqisi — Orta Asiya xalq musiqisindən tutmuş Avropanın klassik musiqi janrlarına kimi çox musiqi janrlarını əhatə edir.
Türkiyə çalğı alətləri
Türkiyə türklərinin xalq çalğı alətləri 4 qrupa bölünür :
Telli çalgılar (bağlama ailəsi çalğıları): cürə, divan, tambura, tar.Vurmalı çalgılar: davul, darbuka, dəf, qaşıq, Balıkesir yapısı oyun qaşığı.Üflemeli çalgılar: kaval, mey, zurna, sipsi, tulum.Yaylı çalgılar: kamança, kabak kəmanə, dırnaq kəmanə
Musiqi janrları
Azərbaycan musiqisi ilə müqaisədə, Türkiyə musiqisində simfonik makam, makam-cazz janrları yoxdur, milli opera və baletləri nisbətən azdır.
Türk xalq musiqisi
Türk xalq musiqisində 3 cür türkü ayırd edilir :
qırıq hava: Bar, Horon, Bengi, Zeybek və s.Azərbaycan türküləriQara dəniz türküləriTeke zortlatmasıRumeli türküleriZeybek türküleriorta hava qırıq və uzun hava ritmləri qarışığıdır, : Divan, Gazel, Müstezad və s.uzun hava bəlli bir ritmdə olmur və sərbəst söylənilir, buna aiddir: Maya, Hoyrat, Bozlak, Gurbet havası, Divan, Yol havası, Düz maya və.Barak (Barak türkmənlərinə özgüdür)Bozlak (Avşar türkmənlərinin yaşadığı İç və Güney Anadoluda)Yol havaları (Qara dəniz regionu)Hoyratlar (Doğu və Güneydoğu Anadolu, Kərkük)Qürbət havaları (Teke yörəsinə özgü).
Türkiyədə bir neçə Türk xalq musiqisi xorları fəaliyyət göstərir :
Ankara Devlet Türk Halk Müziği Korosu (1986)İstanbul Devlet Türk Halk Müziği Korosu (2008)Sivas Devlet Türk Halk Müziği Korosu (1990)Şanlıurfa Devlet Türk Halk Müziği Korosu (1990)
Rəqs musiqisi
Əsas məqalə: Türkiyə türklərinin rəqsləri
Rəqslər bir neçə qrupa bölünür :
Mərasim rəqsləriİnancla bağlı rəqslərQadın rəqsləriKişi rəqsləri
Ninnilər (laylalar)
Türkiyənin əski çağlardan gəlib çıxan ucsuz-bucaqsız layla zənginliyi var. Maraqlıdır ki, Türkiyənin Qars və Ərzurum, Azərbycanda, eləcə də fars danışıq dilində bu qavramı ifadə etmək üçün "laylay" sözü işlədilir. Türkiyənin digər bölgələrində "ninni", Fars yazılı dilində "nanu", İtalyanca “ninna-nanna”, Yunanca “nannarismata” kəlimələri istifadə olunur
Aşıq musiqisi
Aşıq şeirləri 2 böyük qrupa ayrılır :
hecalı şeirlər: qoşma, səmai, varsağı, dastan.əruzlu şeirlər: divan, səlis, səmai, qələndəri, sətrənc, vəzni ahər
Günümüzə gəlib çıxan oğuz aşıq dastanları bunlardır: Dədə Qorqud, Koroğlu, Aşıq Qərib və Şahsənəm, Əsli və Kərəm, Tahir və Zöhrə, Fərhad və Şirin və s.
2009-cu ildə Türkiyə aşıq musiqisi UNESCO-nun Bəşəriyyətin Şifahi və Toxunulmaz Mədəniyyəti Listəsinə daxil olub .
Dini musiqi
Tasavvufi Halk Müziği
Dini mahnılar da bir neçə cür olur :
İlahilər Tanrıya sevgini anlatan mahnılardır, 2 yerə ayrılır:Cami ilahileriTasavvuf müziği ilahileri - hər hansı təriqətin inanış yolunu, ya da o təriqəti quran adamın adını çəkər.Semahlar Ələvi-Bektaşi topluluqlarının ayin-i cem adlı törənlerində, semaha eşlik edir. Üç aşamadan ibarətdir: Ağırlama, Yeldirme, Şahlanma. Son bölüm "Şah beyit" olaraq adlandırılan saz şairinin ya da bir Ələvi böyüyünün adının keçdiyi dörtlüyün oxunmasıyla oluşur.Qələndəri (Kalenderi) - səba məqamında oxunmuş qəzəllər.
2010-cu ildə Türkiyə semahları UNESCO-nun Bəşəriyyətin Şifahi və Toxunulmaz Mədəniyyəti Listərinə daxil olub.
Türk sənət musiqisi
Azərbaycan muğam musiqisində klassik qədim Şərq muğamlarından (makamlarından) indiki zamanadək 7 əsas muğam gəlib çıxıbsa, çağdaş Türkiyə musiqisində əsas makamların sayı 13-ə çatır
Azərbaycandan fərqli olaraq, Türkiyədə makamlar həm təksəsli, həm də çoxsəsli ifa olunur. Hazırda bir neçə klasik Türk musiqi xorları fəaliyyət göstərir :
Cumhurbaşkanlığı Klasik Türk Müziği Korosu (1976)İzmir Devlet Klasik Türk Müziği Korosu (1986)Ankara Devlet Klasik Türk Müziği Korosu (1986)Bursa Devlet Klasik Türk Müziği Korosu (1991)Diyarbakır Devlet Klasik Türk Müziği Korosu (1991)Elazığ Devlet Klasik Türk Müziği Korosu (1990)Samsun Devlet Klasik Türk Müziği Korosu (1990)Mersin Devlet klasik Türk Müziği Korosu (1993)
Osmanlı musiqisi
Mehter marşları
Opera və balet
Türkiyədə ilk opera və balet truppası 1542-ci ildə İstanbulda yaşayan xarici elçilərin əyləncələri olaraq qeydə alınır. III Səlim vaxtından başlayaraq batılaşma (qərbləşmə) meyilləri hərbi, təhsil və mədəniyyət sahələrində artmışdır.
XIX yüzildə İstanbulda İtalyan operetta truppaları konsert və tamaşalar verirdi. İtalyan bəstəkarı Vittorio Rediglia Türk makamları motivlərin əsasında 1918-ci ildə komik "Şaban" operasını yazır, opera ilk dəfə Vianada oynanılır.