top of page

Nəyə görə məhz Türkiyədə daşınmaz əmlak?


Türkiyə daşınmaz əmlaka investisiya yatırmaq üçün ən cəzbedici istiqamətlər reytinqində yer tutur. Viza əlverişliliyi, investorlara etibar etmə və nisbətən əlverişli qiymətlər Türkiyənin xeyrinə şəhadət edir. Türkiyənin rəsmi mətbuatında 6 yanvar 2006-cı ildə dərc olunmuş 5444 saylı xarici vətəndaşlara daşınmaz əmlakın satışı haqqında yeni qanun alınmış obyektin rəsmiləşdirilməsi prosedurunu asanlaşdırdı.

Bundan əlavə, Türkiyə daşınmaz əmlakına ajiotajlı tələbatı formalaşdırmış əsas amillərdən biri Türkiyə iqtisadiyyatındakı müsbət dəyişikliklər, xüsusən də türk lirəsinin uğurla denominasiyası və ölkədə inflyasiyanın nisbi sabitləşməsi oldu. Bu cür əlverişli fonda mənzil inşaatı sürətlə inkişaf etməyə başladı.

Türkiyədə əmlak sürətlə bahalaşdığına görə, bura pul qoyan itirməyəcək – istəsən 3-4 il sonra evi satıb pulunu götürmək olar. Y.Arçibaşeva bildirir ki, bir qədər əvvəl Türkiyədə xaricilərə ev satışına icazə veriləndən sonra bura axın artıb. İndi qardaş ölkədən ən çox əmlakı azərbaycanlılar, sonra isə rusiyalılar alır. Hal-hazırda Türkiyənin Avropa İttifaqına qəbul olunmasına dair danışıqlar aparılmaqdadır. Türkiyədə mövcud olan vəziyyət 15 il əvvəl Mayorkadakı vəziyyəti xatırladır. O zamanlar İspaniyada olduqca aşağı qiymətlə mənzil və ya villa almaq olardı. Aİ ilə danışıqlar zamanı isə daşınmaz əmlaka olan qiymətlər inanılmaz dərəcədə artdı.

Hazırda İspaniyanın sahillərində münasib qiymətə daşınmaz əmlak tapmaq praktik olaraq mümkün deyil. Müasir Türkiyənin daşınmaz əmlak bazarındakı vəziyyət Avropa İttifaqına qəbul olunmazdan əvvəl İspaniyada olan vəziyyətlə demək olar ki eynidir. Ötən il daşınmaz əmlak qiymətlərinin artımı orta hesabla 35% təşkil etmişdir.

Eynilə İspaniyada olduğu kimi, Türkiyədə də bir neçə ildən sonra daşınmaz əmlaka olan qiymətlər bir neçə dəfə artacaq. İndi Türkiyədə daşınmaz əmlak almaq və Aralıq dənizinin günəşi altında ilboyu yaşamaq imkanı qazanmaq üçün ən əlverişli məqamdır.

Türk Rivierasının gözəl təbiəti, büllur kimi təmiz göy dəniz, çoxsaylı çimərliklər, qonaqpərvər əhali, ilin 300 günü günəşli olmaqla əla iqlim – bütün bunlar cəmi iki saatlıq uçuş məsafəsindədir.

İlin doqquz ayını dənizdə çimə bilərsiniz, qalan 3 ayda da hava çox mülayim keçir. Hal-hazırda Türkiyənin 70-dən çox şəhərində 40 mindən çox daşınmaz əmlak obyekti 183 ölkədən olan xarici vətəndaşlara məxsusdur. Bu il təxminən 40000 əcnəbi alıcı daşınmaz əmlak əldə etmişdir.

Türkiyədə yaşamaq bir çox Avropa ölkələrində yaşamaqdan əlverişlidir. Daşınmaz əmlakı əldə etmə prosesi asanlığı və etibarlılığı ilə seçilir. Türkiyədə daşınmaz əmlak əldə etmək çox yaxşı kapital qoyuluşu deməkdir.

5 views
bottom of page